Tərkibi (hər bir tabletdə)
Təsiredici maddələr:
Alfa – lipoy turşusu...........................300 mq
Xrom (Xrom pikolinat şəklində).......200 mkq
Köməkçi maddələr: mikrokristallik sellüloza, maqnezium stearat, silisium dioksidi.
İstifadəsinə dair tövsiyələr
Maddələr mübadiləsini, qaraciyərin funksiyasını yaxşılaşdıran vasitə kimi tövsiyə olunur.
Əks göstərişlər
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü.18 yaşadək uşaqlar.
İstifadə qaydası və dozası
Böyüklər: 1 tablet gündə 1 dəfə.
Əlavə təsirləri
Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq reaksiyaları. Nadir hallarda ürəkbulanma, ishal, qarında ağrı, allergik reaksiyalar müşahidə oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Dərman preparatları ilə yanaşı qəbul edildikdə həkimlə məsləhətləşin.
Toksikologiya
Məhsulun tərkibindəki inqrediyentlərin miqdarı təhlükəsizdir.
Xüsusi ehtiyat tədbirləri
Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin
müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması
30 tablet (hər birində 15 tablet olan 2 blister), karton qutu qablaşmada.
Saxlanma şəraiti
25ºC-dən yüksək olmayan temperaturda, sərin, quru, birbaşa düşən günəş şüalarından uzaq və uşaqların
əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti
3 il.
İstehsalçı
İnalme s.r.l., İtaliya