top of page
Сортировка Медицина

Diurines

Böyrək və sidik yolları fəaliyyətini yaxşılaşdırmaq üçün vasitə

brochure.png
diurines box (1).png

DİURİNES (DIURINES) tablet

Böyrək və sidik yolları fəaliyyətini yaxşılaşdırmaq üçün vasitə

 

Hər tabletin tərkibi

Təsiredici maddələr:

Qızılçətir (Centaurium erythraea) otunun quru ekstraktı - 36 mq

Levistik (Levisticum officinale) kökünün quru  ekstraktı - 36 mq

Rozmarin (Rosmarinus officinalis) yarpaqlarının quru ekstraktı - 36 mq

Köməkçi maddələr:  kartof nişastası, maqnezium stearat, silisium dioksidi, mikrokristallik sellüloza

 

İstifadəsinə dair tövsiyələr

Preparat sidik  kisəsinin (sistit) və böyrəyin (pielonefrit) xroniki iltihabi xəstəliklərinin terapiyası, böyrəyin xroniki qeyri-infeksion xəstəliklərinin müalicəsi üçün (qlomerulonefrit, interstisial nefrit), daş formalaşmasının qarşısını almaq (hətta daşların düşməsindən sonra) üçün istifadə edilir.

Əks göstərişlər

Məhsulun tərkibindəki komponentlərinə qarşı həssaslıq 

 

İstifadə qaydası və dozası

Böyüklər: 1 tablet gündə 2 dəfə

 

Əlavə təsirləri

Məlum deyil

 

Xüsusi ehtiyat tədbirləri

Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin

müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman

istifadəsi zamanı həkimlə məsləhətləşin.

 

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda, quru yerdə saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlayın!

 

Buraxılış forması

№60 tablet (2x30 blisterdə), karton qutu qablaşmada

 

Yararlılıq müddəti: 3 il.

 

İstehsalçı  

Biofaktor Sp.z.o.o., 15C Podmiejska street, 66-400 Gorzow Wielkopolski, Poland         

 

Lisenziya Sahibi

Nes Group MMC

 

Bioloji fəallığa malik qida əlavəsidir.

Dərman vasitəsi deyildir!

bottom of page